Birinci Avropa Oyunları ərəfəsində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün Bakıda Heydər Əliyev Fondunun layihəsi olan yeni mədəniyyət obyekti fəaliyyətə başladı. Dövlət Bayrağı Meydanı ərazisində Daş salnamə muzeyinin açılışı oldu. Prezident İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olbular.
Dövlət başçısı və xanımına muzey haqqında məlumat verildi. 1921-ci ildə inşa olunan və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulan elektrik stansiyasının binası bərpa işlərindən sonra muzey kimi fəaliyyət göstərəcək. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.
"Daş salnamə" sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir. Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş "Daş salnamə" ekspozisiyasına "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. Bu əsərlərdə sanki ötən dövrlərin əks-sədası eşidilir. Heykəltəraş bu sərgidə "Arteriya" adlandırdığı səpkidə bir tarixi təqdim edir. Azərbaycan torpağı ən qədim dövrlərdən daş plastikasının inkişafına imkan verən müxtəlif daş növlərinin zənginliyi ilə məşhurdur. Azərbaycanın müxtəlif guşələrində aşkar edilən çoxlu sayda daş plastikasının gözəl nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir. Minilliklər boyunca və bu günə qədər daş plastika həm incəsənətin bir növü, həm də maddi mədəniyyətin ayrılmaz hissəsi kimi ənənələrimizi, Azərbaycan xalqının mənəvi dəyərlərini və dünyagörüşünü əsrlərdən-əsrlərə adladaraq öz sonsuz salnaməsini yazmaqda davam edir.
Epiqrafik abidələr də tarixin öyrənilməsində ən qiymətli mənbədir. Yazılı mənbələrdə nadir hallarda yer alan məlumatlar daşlar üzərindəki yazılarda saxlanılır. Ekspozisiyada müxtəlif məzmunlu epiqrafik yazılar qorunub saxlanılır, xatirə plastikasının qiymətli eksponatları təqdim edilir. Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.
Muzeyi ziyarət edən qonaqlar sərgidə təqdim edilən eksponatlar vasitəsilə Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə izləyə biləcəklər.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.