Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bayıl bulvarının açılışında iştirak ediblər. Dövlət başçısına məlumat verildi ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.
Dövlət başçısı Bayıl bulvarının rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illərdə yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması xüsusi əhəmiyyət daşıyır. Müasir istirahət mərkəzləri içərisində Bayıl bulvarının özünəməxsus yeri var.
Bir neçə gündən sonra paytaxtımızda əlamətdar və tarixi idman bayramına - birinci Avropa Oyunlarına start veriləcək. Bayıl bulvarının məhz dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi çox önəmlidir. Ölkəmizə gələn turistlər Bakıda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.