banner
banner

Sosİal

Çörəkdən tarakan çıxdı

Çörəkdən tarakan çıxdı

Bakıda mağazadan alınan çörəkdən tarakan çıxıb.

ANS TV-nin məlumatına görə, şəhər sakini olan Sevda adlı qadın dükanlardan birindən aldığı 2 ədəd çovdar çörəyin birinin selofanını açanda içindən balaca həşəratlar çıxıb. Xanım aldığı çörəyin fotosunu çəkərək sosial şəbəkədə yerləşdirib və yaxınlarına həmin firmadan çörək almamağı məsləhət görüb.

Bu cür halın artıq 2-ci dəfədir ki, baş verdiyini nəzərə alıb Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevlə əlaqə saxladıq. Şöbə müdiri isti yerdə bişirilən çörəkdən diri tarakan çıxmasını mümkünsüz olduğunu deyir. Onun sözlərinə görə, saxlanılan yer şəraitsiz olduğu üçün çörəyə həşarat düşə biləcəyini deyir.

Artıq mərkəz həmin çörəyin istehsal olunduğu müəssisəni də araşdırmğa müvəffəq olub. Ortaya maraqlı məqamlar çıxıb. Şöbə müdirinin sözlərinə görə, araşdırma zamanı aydın olub ki, ümumiyyətlə “Həzmli MMC” adlı qeydiyyatda olan çörək sexi yoxdur. İmran Abdullayev bu sexin qanunsuz fəaliyyət göstərdiyi üçün 2 il bundan əvvəl bağlandığını deyib. O vurğuladı ki, bu sex harda isə qanunsuz fəaliyyət göstərir və bunun üçün araşdırmaların davam edir.

Məsələyə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı da münasibət bildirdi. O bu cür hallar qeydə alındıqda şikayətçi tərəfin aldığı çörəklə birlikdə komitəyə müraciət etməsini məsləhət gördü. Bildirdi ki, bir dəfə də belə bir hal baş vermişdi. Vətəndaş çörəyin içindən tarakan çıxdığını iddia etsə də və bunu ictimailəşdirsə də komitə əməkdaşları ilə görüşməkdən, lazımi informasiyaları verməkdən imtina edib.

Bunun təxribat xarakter daşıya biləcəyini deyən qurum rəsmisi Sevda adlı xanımın faktlarla bərabər komitəyə yaxınlaşmasını tövsiyyə edib.

Azad İstehlakçılar Birliyi də hər iki qurumun təklifi ilə razılaşıb. Şikayətçi xanımı aldığı məhsulla birliyə dəvət edilib.

Qurumdan onu da bildirdilər ki, fakt sübuta yetirilərsə vətəndaşa dəyən ziyan ödəniləcək və həmin şirkət antireklam kampaniyasına yerləşdiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.