banner
banner

Dünya

Nüvə silahı daşıyan bombardmançı təyyarə alışdı

Nüvə silahı daşıyan bombardmançı təyyarə alışdı

Tu-95 markalı strateji bombardmançı və raket daşıyıcı təyyarə Rusiyanın Amur vilayətinin ərazisində yerləşən "Ukrainka" aviabazasında uçuş-enmə zolağının hüdudlarından kənara çıxıb.

Bunun nəticəsində baş vermiş yanğın zamanı iki nəfər həlak olub, daha beş nəfər müxtəlif dərəcəli xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İkin məlumata görə, təyyarə aviabaza rayonunda sıra uçuşuna hazırlaşırdı.

Tupolev Tu-95 (NATO hesabat adı Bear) soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş, uzun ömürlü və çox uğurlu strateji bombardmançı və raket daşıyıcı təyyarə. 2011-ci ildə hələ də xidmətdə olan bu təyyarənin, Rusiya Hərbi Hava Qüvvələrinin aldığı qərara əsasən 2040-cı ilə qədər sərhəd təhlükəsizliyi kimi xidmətdə qalması nəzərdə tutulub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.