İyunun 22-də AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı dinləmələr olacaq; Səidə Qocamanlı: “Zaman qısalır...”
Avropa Oyunları və 15 İyun “Qurtuluş günü” yaxınlaşdıqca, əfv müzakirələri qızışır. Çoxları bu ərəfədə belə bir sərəncamın imzalanacağına ümid edir. Onlar hesab edirlər ki, önəmli yarışmanın keçirildiyi vaxtda əfvin verilməsi ölkəmizin imici baxımından müsbət nəticələr verər.
Onu da qeyd edək ki, bu ayın 22-də AŞ PA-nın keçiriləcək yay sessiyasında Azərbaycanla bağlı dinləmələr olacaq. İqtidarın bu sessiyaya siyasi məhbuslarla gedib-getməyəcəyi sual altındadır. Gedəcəyi təqdirdə, üzləşəcəyi situasiyanı indidən təsəvvür etmək çətin deyil. Sadaladığımız amillərdən çıxış edərək, Qurtuluş günü ilə əlaqədar əfvin olacağı daha inandırıcı görünür.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı əfvin veriləcəyinə çox inanır: Qurtuluş günü və AŞ PA-nın yay sessiyası ərəfəsində belə bir əfvin veriləcəyinə inanıram. Yay sessiyasında Azərbaycanla bağlı dinləmələr olacaq. Artıq Azərbaycan üzrə həmməruzəçilər hesabatlarını hazırlayıblar. Təbii ki, hesabatda arzuolunmaz faktlar da göstəriləcək. Heç də xoşagələn hal olmaz. İstəmərik belə olsun. Ona görə də əfvin verilməsi çox təqdirəlayiq olar. Amma unutmaq olmaz ki, əfvə təkcə cəmiyyəti maraqlandıran insanların adı düşmür.
O qədər məhbus Əfv Komissiyasına müraciət edir ki, hamısı siyahıya əlavə olunur. Onların arasında İşçi Qrupunun təqdim etdiyi şəxslərin olması yaxşı olardı. Çünki Azərbaycana gələn jurnalistlər bununla bağlı suallar verəcəklər. AŞ PA-nın keçiriləcək sessiyasına görə biz əfvə çox ümid edirik. Çox ümid edirəm ki, Avropa Oyunları kimi böyük, çoxlu əziyyət çəkilmiş yarışma ərəfəsində əfv olacaq. İlk dəfə ölkəmizdə keçirilməsini də unutmaq olmaz".
Hüquq müdafiəçisi zamanından asılı olmayaraq, əfv sərəncamının daim müsbət amil olduğunu da qeyd etdi: “Əfvin Avropa Oyunlarına heç bir dəxli yoxdur. Hər bir anda verilə bilər. Oyunlardan əvvəl, açılış olan gün və sonra da. Həmin gündə verilməsi şərt deyil. İnanırıq ki, İşçi Qrupu olaraq, çəkdiyimiz əziyyətlər hədər getməyəcək. Əməyimizə qiymət verilməsini çox istərdik. Hansı məhbuslar barəsində məsələ qaldırmışıqsa, onların azadlığa çıxması çox gözəl olardı. Onların sırasında xəstələr, cəzalarının çox hissəsini çəkmiş şəxslər var. Elələri var ki, əfv ərizələri də yazıblar.
Onların azad olunması ziyan yox, xeyir gətirər. Təqdim etdiyimiz siyahıdan çox məhbusun azad olunmasına ümid edirik. Hamımız bu məsələnin tez həll olunmasını istəyirik. Çünki Avropa Oyunları elə bir yarışmadır ki, tarixə düşür. Bu yarışmaya kölgə salmaq üçün ölkəmizdən xaricdə çoxlu işlər görülür. Bunu biz istəməzdik. Bura bizim ölkədir. Çox sevirik. Adına hansısa ləkə gəlməsini istəmirik. Bura gələnin hər biri gözəl Azərbaycan görməlidir. Hazırda bizim üçün öndə olan əsas məsələ əfvdir. Artıq zaman qısalır. Avropa Oyunları yaxınlaşır. Ab-havanı duyuruq. Çoxlu təpkilər var. Bunlar olmamalıdır. Azərbaycan özünü tamhüquqlu dövlət kimi göstərməyə qadirdir. Bu həftə əfv olacağını deyə bilmərəm. Belə məsuliyyəti boynuma götürmürəm. Olmağına dəqiq olacaq. Ümid edirik ki, Avropa Oyunlarına qədər olacaq. Sadəcə, arzumuzdur. Bu qərar birbaşa prezidentin səlahiyyətindədir”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.