banner
banner

Gündəm

Qalib idmançılarımıza daha 50 min- SƏRƏNCAM

Qalib idmançılarımıza daha 50 min-

Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib.
Sərəncam Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə verilib. 

Sərəncamda qeyd edilir ki, I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

-ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

-üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;

-ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;

-üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.