banner
banner

Gündəm

Möhtəşəm açılışa 3 gün qaldı

Möhtəşəm açılışa 3 gün qaldı

Gerisayım başlayır unudulmaz açılışa 3 gün qaldı. Əməliyyat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı 2015 Avropa Oyunlarının 12 iyun tarixində keçiriləcək Açılış Mərasimi dünya idmanının ən təcrübəli və tanınmış peşəkarlarından biri hesab olunan Katerin Uqvu tərəfindən genişmiqyaslı canlı tədbirlərdə müşayiət olunacaq.

Əslən Mançesterdən olan xanım Uqvu 2002-ci ildə doğma şəhəri Mançesterdə keçirilmiş tədbirdən etibarən beynəlxalq idman aləmində Mərasimlərin müstəsna prodüserinə çevrilib. 

Mançester Stadionunda XVII Birlik Oyunlarının Bağlanış Mərasimini təşkil etdikdən sonra o, Qətərin paytaxtı Dohada 2006-cı ildə keçirilən XV Asiya Oyunlarının Açılış Mərasimini də təşkil edib. Bundan əlavə, Ketrin 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin strateji hissəsinin baş prodüseri olub.

Bakı 2015-dən öncə onun ən böyük layihəsi 2012-ci ildə Londonda keçirilən Olimpiya və Paralimpiya oyunları üzrə Mərasimlərin İcraçı Prodüseri olub. 2013-cü ildə o, 2012-ci ildə Londonda keçirilən Olimpiya və Paralimpiya Oyunlarına verdiyi mühüm töhfəsinə görə MBE (Britaniya İmperiyası Ordeninin Laureatı) ilə təltif olunub.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərinə görə, Bakıda ilk Avropa Oyunlarını həyata keçirmək məqsədilə geniş təcrübəyə malik Mərasimlər direktoru ilə işlədikləri üçün bəxtləri gətirib. "Katerina son 20 ildən bir qədər çox zaman ərzində gözəl nüfuz qazanıb. Onun adı dünya idman sahəsinin ən yaddaqalan mərasimlərində çəkilir”.

London Millenium Qübbəsində tamaşa yaratmış Katerinanın sözlərinə görə, Azərbaycan gənc ölkə olsa da, öz mədəniyyətinə görə fəxr edir və bu da mərasimdə əks olunacaq.

"Bizim çox bacarıqlı komanda üzvlərimiz ilə yanaşı, Açılış Mərasiminin tərtibatçısı, dəyərli bədii direktorumuz Dimitris Papaioannou və Bağlanış Mərasiminin bədii direktoru Ceyms Hadli də fəaliyyət göstərir. Eyni zamanda yüksək istedada malik Azərbaycan gənclərindən ibarət həvəsli könüllülər də dəstək göstərirlər. Olimpiya Stadionunun heyrətamiz quruluşu ilə yanaşı bu ölkənin idman tarixində ən möhtəşəm gecə üçün əla tədbir proqramımız var".

Katerina Akra, Adelaida, Antverpen, Los-Anceles, Mexiko və Nyu-Yorkda bir çox beynəlxalq incəsənət festivallarının tərtibatçısıdır. 1997-ci ildə Canlı İncəsənət üzrə İnkişaf Agentliyini təsis etmiş, 2001-ci ildə isə agentliyin direktoru vəzifəsinə keçib.

Bakı 2015-in Açılış Mərasimi Bakı vaxtı ilə iyunun 12-si saat 20:00-da baş tutacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.