Son zamanlar sürücülər tərəfindən yol patrul xidməti əməkdaşlarının fəaliyyətinin video şəklində qeydə alınaraq sosial şəbəkələrdə yerləşdirilməsi halları artıb.
Sanki sürücülər bu videoları bir növ öz müdafiəçiləri kimi görürlər. Bəs görəsən bu görüntülərin çəkilməsinə zərurət nədir və belə görüntülərin çəkilməsi nə qədər qanunidir?
CİA.Az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, DYP əməkdaşı biləndə ki, bunun səsi yazılır, video görüntüsü alınır, təbii ki çalışacaq ki, maksimum dərəcədə qanunlara riayət eləsin, təlimatdan kənara çıxmasın. Polisin yuxarı orqanları, yuxarı vəzifəli şəxslərinə də bu faydalıdı ki, əməkdaşları bunun əsasında qiymətləndirsinlər.
“Hər hansı bir şəxsin icazəsi olmadan onun video və şəklinin çəkilməsi, səsinin yazılması şəxsi həyata müdaxilə sayılır və qanunla qadağandır. Ancaq bu görüntülər polis işdə olduğu zaman qeydə alındığından şəxsi həyata müdaxilə kimi qəbul edilmir...
Müxtəlif avadanlıqlar vasitəsi ilə bu tip görüntülərin lentə alınmasında heç bir qanun pozuntusu yoxdur. Əksinə, bu görüntülər kimin haqlı, kimin haqsız olduğunu ortaya qoyur. İzlədiyimiz əksər görüntülərdə isə polis əməkdaşlarının məhz çəkildiyinə görə sürücünü cərimələmədiyini görürük. Bu isə həmin görüntülərdəki polis əməkdaşlarının qanunu yaxşı bilmədiyini göstərir”.
Baş Dövlət Yol Polis İdarəsindən bildirilir ki, sürücülər tərəfindən qeydə alınan görüntülər təqdim olunarsa, hətta sübut kimi də istifadə edilə bilər. Ancaq bəzən yol polisini çəkməklə onun işinə mane olanlar da çıxır. Yol polisi haqqında təlimatda göstərilir ki, yol polis əməkdaşları avtomobili saxlayarkən, protokol tərtib edərkən bunu öz maşınındakı kameranın görünüşü məsafəsində etməlidir və sürücü ilə danışıqlar polis avtomobilindəki cihaz vasitəsi ilə qeydə alınmalıdır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.