banner
banner

Dünya

Çamadandan tapılan uşaq anasına qaytarıldı- VİDEO

Çamadandan tapılan uşaq anasına qaytarıldı-

Bir ay əvvəl İspaniyaya çamadanın içində keçən 8 yaşlı oğlan anasına təhvil verilib. 
Həmin uşaq 1 ay müddətində yetkinlik yaşına çatmamış uşaqların mərkəzində qalıb.

Əvvəlcə uşaq Kod-Divuarda nənəsi ilə yaşayırmış. Onun valideynlərinin İspaniyada yaşamaq hüququları var. Uşağın atası etiraf edib ki, oğlunun qeyri leqal yolla sərhəddən keçirilməsi üçün 5 min avro pul ödəyib. Lakin o iddia edir ki, bunun hansı yolla olacağını bilmirmiş. Hazırda ata nəzarət altında saxlanılır.

Hadisədən sonra İspaniya höküməti oğlana 1 il ölkədə yaşamaq icazəsi verib. 

Qeyd edək ki, uşaq Maroko-İspaniya sərhəddində gömrük işçiləri tərəfindən çamadanın içindən tapılıb. Onu sərhəddən 19 yaşlı qız keçirməyə çalışıb. Hazırda qızı 8 ilə qədər həbs gözləyir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.