banner
banner

Gündəm

Ərdoğan qalibdir, amma...

Ərdoğan qalibdir, amma...

Türkiyədə parlament seçkisi keçirildi. Qələbəni isə gözlənildiyi kimi hakim partiya qazandı, amma... 

Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 41 faizini toplayaraq birinci oldu. Amma təəssüf ki, bu kabineti tək formalaşdırmaq üçün kifayət deyil. Deməli, hansısa partiya ilə koalisiyaya getmək lazımdır. Parlamentə keçən partiyalar buna gedəcəklərmi? Bu böyük sualdır. 

Xarici mətbuatın yazdığına görə, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu bütün partiyaları hakim partiyaya qarşı birləşməyə səsləyib. 

Ən əsası isə odur ki, prezident üsul idarəsinə keçidlə bağlı referendumun taleyi sual altına düşür. Bunun üçün Ərdoğanın tərəfdarlarının parlamentdəki 550 yerdən 330-nu əldə etməyi lazım idi. 

Hakim partiya və prezidentin nəaliyyətləri açıq-aşkar görünür. Fəal iqtisadi siyasət, yeni sahələrin inkişafına sərmayə qoyuluşu qısa zamanda Türkiyəyə ümumdaxili məhsulu 3 dəfə artırıb. Türkiyə G 20-lik və beynəlxalq təşkilatların tam hüququlu üzvü olub. Ölkə bu gün NATO-nun əsas fiqurlarından biridir. 

Amma müxalifət hesab edir ki, ölkədə sosial ədalət yoxdur. Bundan başqa onlar Ərdoğanı avtoritar idarəçilikdə ittiham edirlər. Hazırda ABŞ-da yaşayan və Türkiyədə kifayət qədər tərəfdarı olan məşhur Fətullah Güləni də unutmaq lazım deyil. 

Qərbin özü də Ərdoğana heyran deyil. Onlar düşünürlər ki, prezident çox müstəqildir və heç də hər zaman öz addımlarını onlarla razılaşdırmır. 

Fransanın "Le Figaro" nəşri isə gizlətməyə çalışmadığı sevinc hissi Ərdoğanın məğlubiyyətini yazır. Başqa bir nəşr "Liberson" isə ilk səhifəsində parlamentə keçən kürd partiyası liderinin şəklini yerləşdirib və onu "həqiqi cəngavər" adlandırıb. 

Bu gün Türkiyədə vəziyyət çətin və qarışıqdır. Ölkə prezidenti artıq baş nazir Əhməd Davudoğluna yarım ayda hökuməti formalaşdırmağı tapşırıb. Hakim partiya parlamentdə çoxluq üçün özünə müttəfiq tapa biləcəkmi? 

Ekspertlər hesab edirlər ki, əgər tapmasa, Türkiyə üç aydan sonra təkrar seçkiyə getməlidir. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.