banner
banner

Sosİal

Bakıda misli görünməmiş vəhşilik

Bakıda misli görünməmiş vəhşilik

Bakının Suraxanı rayonunda misli görünməmiş vəhşilik baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, Zığ şosesi ərazisindəki yaşıllıqlar məhv edilib.

Onun sözlərinə görə, naməlum şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə əkilən 23 min ağacın dibinə kimyəvi maddə tökərək məhv etmək istəyiblər. Bundan nazirliyin əməkdaşları xəbər tutublar.

Nazirlik əməkdaşları əraziyə baxış keçirib və məlum olub ki, oradakı ağaclar kütləvi şəkildə quruyur. Müayinə zamanı ağacların dibinə kimyəvi maddələrin töküldüyü məlum olub. Nəticədə 400-dən çox ağac məhv olub, yüzlərlə ağac da kəsilib.

İradə İbrahimovanın sözlərinə görə, bu barədə dərhal hüquq-mühafizə orqanları məlumatlandırılıb. 

“Araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə Vüsalə Babayeva adlı sahibkar tikinti aparmaq istəyir. Onun nümayəndəsi Kamal adlı şəxs tərəfindən əraziyə daşlar da tökülüb. Bizim əməkdaşlar orada tikinti aparılmasına icazə verməyəcək”.

Nazirlik rəsmisinin sözlərinə görə, öz şəxsi mənafeləri üzündən təbiətə zərər vurmaq istəyənlər hələ də öz çirkin əməllərindən əl çəkmək niyyətində deyillər: “Bizim əməkdaşlar ağacların kəsilməsinin qarşısını almağa çalışırlar. Sahibkarın adamları isə gecə-gündüz əraziyə hücum çəkib, ağacları məhv etmək istəyir. Bizim əməkdaşlar isə əllərində bel, balta onların qarşısını almaq üçün keşik çəkirlər. Polis də çağırırıq, onlar qaçır. Polis gedən kimi yenə də ağacları məhv etməyə gəlirlər”.

Bir neçə ilə başa gələn yaşıllıq sahəsi dağıdılıb. Deyilənlərdən belə çıxır ki, həmin ərazidə ağaclara divan tutan, təbiəti məhv edənlər nə dövlət sayır, nə də qanun.























Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.