banner
banner

Hərbİ

Zakir Həsənov niyə bu qədər çox sevilir? - SORĞU

Zakir Həsənov niyə bu qədər çox sevilir? -

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun doğum günüdür. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra Milli Ordumuzda daha çox müsbət dəyişikliklərin şahidi olduq. Mətbuatın, televiziyalarımızın tanınmış imza sahibləri və simaları müdafiə nazirimizlə bağlı fikirlərini atv.az saytı ilə bölüşdülər.

Tanınmış aparıcı və hərbi jurnalist İlqar Mikayıloğlu bildirdi ki, general-polkovnik Zakir Həsənovun atdığı addımlardan çox şey başa düşmək olur və o elə bir zabitdir ki, həqiqətən onun dediyini iki eləmək olmaz: “O, əsl zabitdir. Müdafiə nazirimiz Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır bir ordunun naziridir. Zakir Həsənov etibarlı şəxsdir, ona ümid etmək və arxayın olmaq, onun yolunda kəşfiyyata getməyə dəyər”.

Tanınmış jurnalist, Atv.az saytının redaktoru, Qarabağ müharibəsinin veteranı İlham Tumas da Zakir Həsənov haqqında öz rəyini bildirdi: “Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov əslində qeyri-adi bir şey etmədi. O, bir hərbiyyə naziri, vətənini, xalqını sevən əsgər kimi hərəkət etdi. Yadımdadır, Murovun ən yüksək zirvələrinin birində xidmət çəkəndə belə Daxili Qoşunlarda olan nizam-intizamdan, zabit-əsgər münasibətlərindən çox danışardıq. Təbii ki, sevinərdik və öyərdik. Bu gün Zakir Həsənov Azərbaycanın müdafiə naziridir. Onu hamımız sevirik -Qarabağ qaziləri də, keçmiş hərbçilər də, ordumuzun əsgəri, giziri, zabiti də. Çünki Hərbiyyə nazirimiz həmişə ordudadır, ordunun içindədir. Deməli, ordumuzun hər dərdinin, kədərinin, həm də sevincinin, uğurunun, qələbəsinin ortağıdır. General-polkovnik Zakir Həsənova ancaq və ancaq qələbə arzulayıram, çünki o, qələbəyə layiq sərkərdədir.

AzVision.az saytının rəhbəri Vüsal Məmmədov bildirir ki, Zakir Həsənov bizim indiyə qədər gördüyümüz müdafiə nazirlərindən fərqlənir: “Müdafiə naziri kabinet məmuru olmalı deyil, məhz hərbçi, sərkərdə olmalıdır, səngərdə görünməlidir, lazım olanda kazarmada yatmalıdır, əsgər yeməyini dadmalıdır. Düzdür, deyə bilərsiniz ki, Qərb dövlətlərində sivil – yəni hərbçi olmayan müdafiə nazirləri praktikası var.

Nə olsun ki?! Ona qalsa, Qərbdə hamilə qadının müdafiə naziri olması praktikası da var. Bu, bizə görə deyil. Biz o xalqıq ki, burada müdafiə naziri, sözün bütün mənalarında, kişi olmalıdır. Müdafiə naziri sərkərdə kimi danışmalıdır, yeri gələndə düşməni aşağılamalıdır və bu zaman özünə inanmalıdır. Zakir Həsənov ilk müdafiə naziridir ki, biz məmur yox, əsgər kimi qəbul edə bilirik. Əsgəri isə sevərlər!”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.