Bu gün Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar bəzi yollar bağlanacaq. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən Cia.az-a verilən məlumata görə, Bakıda Məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
Şəmsi Bədəlbəyli küçəsi Səməd Vurğun küçəsi Bül-bül prospekti Rəşid Behbudov küçəsi Azadlıq prospekti İstiqlaliyyət küçəsi Niyazi küçəsi Şövkət Ələkbərova küçəsi
Bakı 2015 İlk Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.