banner
banner

Sosİal

Bu marşrutların hərəkəti dəyişdirildi- Oxuyun ki, yolda qalmayın

Bu marşrutların hərəkəti dəyişdirildi-

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə müraciət edib. 

Cia.az xəbər verir ki, I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

Açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat-Maştağa istiqamətindən

107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəs. Əfəndiyev küçəsi-“Neftçilər” metrostansiyası-Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.

139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi-Əfəndiyev küç.-Şərifli küç-Mirzəyev-Q.Qarayev pr.  (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası-Əsədullayev küç-Bakıxanov qəs.-Mehmandarov küç-Sülh küç.-“Neftçilər” metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək. 

55 saylı marşrutun xətti Sabunçu stansiyası-Əsədullayev küç.-Bakıxanov qəs.-Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək.

93 saylı marşrutun xətti müvəqqəti dayandırılır. 

 Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən

100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şossesi- H. Əliyev pr. - Zığ beton yolu – Gəncə pr.- “H.Aslanov” metrostansiyasına qədər təşkil olunacaq.

116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu-Nobel pr.-A.Cəlilov-K.Səfərəliyeva-28 May küç. (S.Vurğun bağının yanı) son dayanacaq.

184 saylı marşrut xətti Bül-Bülə qəs.-Bakıxanov qəs.-Əfəndiyev küç.-Şərifli küç.-Mirzəyev-Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

214-Bakıxanov qəs.-Əfəndiyev küç.-Qəmbərov.-“Neftçilər” metrostansiyası-8 km bazarına qədər təşkil olunacaq. 

 Ziya Bünyadov prospekti istiqamətindən

11 və 36 nömrəli marşrut xətləri-Q.Qarayev pr.-O. Vəliyev-M. Abbasov-A.Manafov-Q.Qarayev pr.-sonra mövcud xətt üzrə. 

82 saylı marşrutun xətti müvəqqəti dayandırılır. 

207 saylı marşrutun xətti Binə T/M.-Dairəvi yol-Moskva pr.-A.Mustafayev-Z.Bünyadov-Atatürk prospektinə qədər təşkil olunacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.