banner
banner

Hərbİ

Azərbaycan “Anadolu qartalı” hərbi təlimlərində

Azərbaycan “Anadolu qartalı” hərbi təlimlərində

Azərbaycan Türkiyənin Konya şəhərində "Anadolu qartalı-2015/1" adlı hərbi təlimdə iştirak edir. 
Cia.az-ın məlumatına görə, təlimin proqramına əsasən, iştirakçıların müharibə şəraitində bilik, bacarıq və təcrübələri yoxlanılır. Təlim ABŞ, Almaniya, Böyük Britaniya, İspaniya, Pakistan, NATO ilə Türkiyənin Quru, Dəniz və Hava Qüvvələrinin iştirakı ilə iyunun 19-dək davam edəcək.

ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, hərbi təlimlərdə iştirak üçün hazırda ABŞ Hərbi Hava Qüvvələrinin 12 ədəd F-15 təyyarəsi Türkiyədədir. 

ABŞ-dan 12 F-15C, Almaniyadan 1 A-310, Böyük Britaniyadan 6 EF-2000, İspaniyadan 6 F-18, Pakistandan 6 F-16 və NATO-dan 1 E-3A təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığından 12 F-4E 2020, 42 F-16, 1 KC-135 tanker, 2 CN-235 təyyarələri, 1 AS-532 helikopteri, 1 E-7T təyyarəsi, Quru Qoşunları Komandanlığından 2 T129 (ATAK) və 2 S-70 helikopterləri, Hərbi Dəniz Qüvvələri Komandanlığından isə 1 hərbi gəmi və iki qayıq təlimə qoşulub.

Təlimlərdə Azərbaycandan başqa Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qətər, Koreya Respublikası, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovaka, Sloveniya, Çili, Tacikistan, Tunis və Oman ölkələrindən də müşahidəçi qismində şəxsi heyət iştirak edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.