banner
banner

Sosİal

Bulvarda bunu edənlər cərimələnəcək

Bulvarda bunu edənlər cərimələnəcək

Velosipetçi piyada zolağına və köhnə bulvara keçsə 20 manat cərimə olunur.
Bir vaxtlar Dənizkənarı Bulvar ərazisində velosiped sürməyə yalnız səhər saatlarında və ya gecə 12-dən sonra icazə verilirdi. Amma indi Bulvarın yeni tikilmiş hissəsində xüsusi velosiped xətdinin fəaliyyət göstərməsi, artıq günün istənilən vaxtında insanların velosiped sürməsinə şərait yaradır. Bu xətdin də uzunluğu, gedib gəlməklə 4 km-rə çatır. Bulvardakı velopark “Crystal Hall”dan bir qədər aralı, “Əl Oyunları Sarayının” arxasında yerləşir. Parkda çoxlu sayda velosiped olmasına baxmayaraq bəzən uzun-uzadı növbələr də olur.

Yerli sakinlər velosipedləri daha çox bir neçə saatlığa, əcnəbilər isə sutkalıq icarəyə üstünlük verirlər. Velosipedin 1 saatlıq icarəsi birinci saat üçün 2 manat, növbəti saatlar 1 manatdan hesablanır. Velosipedləri bir və ya bir neçə günlük götürmək istəyənlər isə gününə 8 manat ödəməli olur.

Velosiped adamlara 10 şərtlə verilir. Birinci şərt odur ki, üstündə şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. Bu olmadısa heç kimə velosiped verilmir. Vvelosipedi icarəyə verəndə şəxsiyyət vəsiqəsinin rekvizitləri icarə müqaviləsinə yazılır, bəzən tərəddüd etdikləri adamların sənədləri də girov kimi saxlanılır və əlaqə telefonları götürülür. Əzilən və xarab olan hissənin xərci də müştərinin boynunadır.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov sözlərinə görə, əvvələr bulvar veloparkına maraq pərkəndə idisə indi daimi gələnlərin sayı daha çoxdur. Avropa Oyunlarında Dənizkənarı Milli Parkda təqdim edilən yeniliklərdən bri də veloparkla bağlıdır. Burada da xidmət vaxtı oyunlarla əlaqədar olaraq gecə saatlarına qədər uzadılıb.

Nazim Məcidov onu da bildiridi ki, gələcəkdə veloparkın ərazisi daha da böyüdüləcək.

Amma nədənsə istirahətə gələn insanlar bəzən onlar üçün nəzərdə tutulmuş ərazidə deyil, velosiped xətdində gəzirlər. Çox zaman şəhər sakinlərinin anidən olaraq velosiped yoluna çıxması xəsarətlə nəticələnir. Bu zaman xəsarət alan günahı velosiped sürəndə görür. O isə öz nəvbəsində günahkar olmadığını iddia edir. Qaydalara görə isə nə piyada velo xəttə çıxa bilər, nə də velosipedçinin piyada zolağında hərəkətinə və köhnə bulvara keçidə icazə yoxdur. Bu baş verərəsə 20 manat cərimə nəzərdə tutulur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.