banner
banner

Gündəm

Əhməd Davudoğlundan HDP-yə çağırış

Əhməd Davudoğlundan HDP-yə çağırış

Ötən axşam Türkiyənin ictimai kanalı TRT-də seçkinin nəticələrini dəyərləndirən baş nazir Əhməd Davudoğlu Xalqların Demokratiya Partiyasına (HDP) da səslənib. Davudoğlu bildirib ki, artıq HDP PKK-ya müraciət edərək onların silahlarını yerə qoymasını təmin etməlidir. 

“HDP-də böyük bir şənlik var. İndi sübut etmək vaxtıdır. Nişantaşında HDP ən çox səs toplayıbsa, yeknəsaq düşüncəni də tərk edibsə zorakılıqdan da, terrordan da əl çəkməlidir. Seçki dövründə PKK-dan istifadə etdi. HDP gedib PKK-ya bunları deməlidir: Silahı yerə qoyun. HDP-yə səs verənlər də belə deməlidir: Mən sizə uzlaşmağınız üçün səs vermişəm. 

Biz “sülh prosesi”nə davam edəcəyik. Yeni koalisiya necə qurulacaqsa o cür də davam edəcək. HDP “sülh prosesi” üçün vaxtilə atmadığı addımları indi atmalıdır. Özünü sülhün rəmzi kimi görən HDP silahı yerə qoyması üçün PKK-nı razı salmalıdır. 

HDP-nin ifadələrini biz çevirdik. İndi HDP üçün imtahan vaxtıdır. Hələ də PKK terroru üzərindən irəliləyir. Nişantaşında başqa, Diyarbəkirdə başqa dildə danışır.

Ayrılıqçı dilin də qarşılığı olmalıdır. Bu imtahan onların qarşısındadır. Bizim üçün əsas olan Türkiyənin irəliləməsidir. Siyasətçilərə qapımız, bizə səs verənlərə könlümüz açıqdır”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.