2 avro Fransa ilə Belçika arasında gərginlik yaratdı - FOTO
Belçikanın “Vaterloo” müharibəsinin 200 illiyi münasibəti ilə hazırlatdığı 2 avroluq xatirə sikkəsi rəsmi Parisin hiddətinə səbəb olub. Cia.az-ın məlumatına görə, Fransa belə bir pul buraxılmasının qarşısını alıb. Qeyd edək ki, 1815-ci ildə Belçikanın paytaxtı Brüsselin yaxınlığındakı Vaterloo qəsəbəsində fransız sərkərdəsi Napaleon məğlubiyyətə düçar olub. Bundan sonra bölgədə intensiv şəkildə davam edən döyüşlərin dayandığı və Avropada sənaye dövrünün başladığı bildirilir.
Fransa isə rəsmi Brüsselə yazdığı məktubda “Vaterloo” döyüşünün adi bir müharibə olmadığını bildirib.
Məsələyə münasibət bildirən Avropa İttifaqında da bu sikkənin iki ölkə arasında gərginliyə səbəb olacağı fikri hakim olub.
Təzyiqlər qarşısında 180 min ədəd 2 avroluq sikkəni topladan Belçika “Vaterloo” döyüşünün 200-cü ildönümünü yad etmənin başqa bir yolunu tapıb. Belə ki, Avro zona ölkələri 1 və 2 avro kimi bütün zonada tədavüldə olan pulların xaricində pul hazırlatmaq hüququna malikdir. Belçika da bu hüququndan istifadə edərək “Vaterloo” döyüşünün xatirəsinə 2.5 avroluq pullar buraxdırıb.
70 000 ədəd hazırlanan pullar sadəcə Belçika daxilində qüvvədə olacaq. Bunun əksəriyyətinin isə kolleksiyaçılar tərəfindən ələ keçiriləcəyi düşünülür. 6 avrodan satılan pulların üstündə “Vaterloo” döyüşünün rəmzi hesab olunan şir kurqanı abidəsinin şəkli var.
Məsələni şərh edən Belçikanın maliyyə naziri Van Overtveldt məqsədlərinin heç də Fransanı təhqir etmək olmadığını deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.