Habertürk saytının məlumatına görə, qidalanma və diyet mütəxəssisi Gülay Hamzaoğlu Öztürk yay mövsümündə arıqlama ilə bağlı bəzi məqamları açıqlayıb.
Meyvələrin kalorilərinə diqqət
Gülay Hamzaoğlu Öztürkün fikrincə, həzm sisteminin hərəkəti metabolizm sürətinin göstəricisi olduğu üçün bağırsaq hərəkətlərini artıracaq lifli qidalanmaya daha çox yer vermək lazımdır: “Bunun üçün qida qruplarından ən dəyərlilərindən olan meyvə-tərəvəzin müxtəlif növlərindən istifadə edin. Meyvə-tərəvəzi istər tək olaraq,istərsə də salatlar şəklində yeyə bilərsiniz. Məsələn, ananas, kivi, alma və armud kimi meyvələri kub şəklində doğrayaraq və içinə biraz ilıq süd və 1-2 yemək qaşığı kəpək əlavə edərək qəbizlik proqramında belə salata yer verə bilərsiniz. Ancaq meyvələrin normadan artıq yeyilməsi də arıqlamanıza mane ola bilər, əksinə, kilo almanıza belə səbəb ola bilər. Məsələn, yay meyvəsi olan qarpız kilo almanıza səbəb ola bilər. Buna görə də meyvənin böyüklüyünə və porsiyalarına diqqət edin. Gün ərzində aktivsinizsə və metabolizminiz yaxşı işləyirsə, kilo almamaq üçün yay meyvələrini gündəlik orta hesabla 3-4 porsiya qəbul edin”.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.