Londonda keçirilən “Ginnesin Rekordlar Kitabı”nın 60 illiyinə həsr olunmuş tədbirdə “Dünyanın ən uzun adamı” Sultan Kösə və “Dünyanın ən qısa adamı” Çandra Bahadur Dangin ilk dəfə bir araya gəliblər.
CİA.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2.51 m boyunda Sultan Kösəylə 54.6 sm boyunda əslən nepallı Çandra Bahadur Danginin görüş anı jurnalistlərin gözündən yayınmayıb.
Qeyd edək ki, ilk dəfə 1955-ci ildə çap edilən və indiyədək 132 milyon nüsxəsi satılan “Ginnesin Rekordlar Kitabı” 60 illik yubileyi münasibəti ilə bu gün dünyanın bir çox ölkəsində rekord yarışları keçirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.