Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.
Cia.az xəbər verir ki, bu barədə Bakı Metropolitenin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edək ki, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.