İŞİD terror təşkilatı Liviyanın şimalındakı Sirt şəhərini ələ keçirib. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin məmləkəti terrorçuların nəzarətinə keçib. İŞİD-çilər şəhərdə çəkdirdikləri fotoları sosial şəbəkədən yayımlayıblar. Terrorçular Liviya əsgərlərinə aid cəsədlərin görüntülərini də paylaşıblar.
Qeyd edək ki, İŞİD may ayının sonunda paytaxt Trablusun 450 kilometr şərqindəki Sirt havalimanını ələ keçirmişdi. Sözügedən şəhər Liviyada Muammər Qəddafinin devrildiyi silahlı qiyamda ən son mübarizəni dayandıran şəhər olmuşdu. Devrilmiş lider Qəddafinin məmləkəti Sirtdə müxaliflər tərəfindən öldürülmüşdü.
Liviya dövlət başçısı Muammər Qəddafinin 2011-ci ildə devrilməsindən sonra ölkədə xaos və zorakılıq başlayıb. Ötən il İslamçı milislər paytaxt Trablusu ələ keçirərək burada öz hökumətlərini qurmuşdu.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.