“Rossiya 24” telekanalı Bakıda birinci Avropa Oyunlarına həsr edilmiş reportaj yayımlayıb. AZƏRTAC xəbər verir ki, telekanalın müxbiri Aleksandr Abramov Oyunlara hazırlığın gedişatı haqqında tamaşaçılara məlumat verərək bildirib ki, iyunun 12-də Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) binasında Azarkeşlər evinin açılışı olacaq. Açılışda Rusiyanın idman naziri Vitali Mutko, Azərbaycanın idman naziri Azad Rəhimov, RF Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və iki ölkənin başqa idman funksionerləri iştirak edəcəklər.
“Bakıda hər şey hazırdır” deyən A.Abramov xatırladıb ki, birinci Avropa Oyunlarında atletlər idmanın 20 növündə mübarizə aparacaqlar. O deyib: “Ən maraqlısı da budur ki, Bakıdakı yarışlar idmanın 12 növü üzrə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiadası üçün təsnifat xarakteri daşıyacaq. Bu isə o deməkdir ki, Bakıya Avropanın ən güclü atletləri gələcək. Avropa Oyunlarının proqramı təkcə bununla diqqəti cəlb etmir. Bu Oyunlara Olimpiya proqramında nəzərdə tutulmayan idman növləri, o cümlədən çimərlik futbolu, yaxud 3x3 basketbol üzrə yarışlar daxil edilib.
A.Abramov RİMM-də sinxron üzgüçülük üzrə dəfələrlə Olimpiya çempionu Anastasiya Davıdova ilə müsahibə də vəd edib.
Xatırladaq ki, prezident Vladimir Putin iyunun 12-28-i Bakıda keçiriləcək birinci Avropa Oyunlarını işıqlandırmaqdan imtina edən Rusiyanın idman telekanallarını tənqid etmişdi.
Dövlət başçısı cari büdcənin durumu ilə bağlı məhdudiyyətləri anladığını, lakin Bakı 2015-in önəmli hadisə olduğunu vurğulamışdı: “Bu necə baş verə bilər? İndi Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə yazılı şəkildə bildirdi ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarını kütləvi informasiya vasitələrindən, kanallardan heç biri işıqlandırmaq istəməyib. Başa düşürəm. Hazırki büdcənin durumu ilə bağlı məhdudiyyətlər var. Lakin önəmli durumlar var, bu, dünya idmanında, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarıdır”
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.