Azərbaycanda hər il abort edilən uşaqların - ŞOK STATİSTİKASI
Azərbaycanda hər il 20 min uşaq abort edilir.
Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
E. Səfərovun sözlərinə görə, 2014-cü ildə ölkədə doğulan uşaqların sayı 170 min 503 olub: “Bu isə o deməkdir ki, hər il doğulacaq uşaqların 10 faizə yaxınını itiririk. Qeyri-qanuni abortların edilməsi faktlarının mövcudluğunu nəzərə alsaq, ölkədə abortlarla bağlı statistika daha da yüksəkdir. Bəzən tibbi göstəriş olmadan döl qeyri-qanuni olaraq abort edilir. Buna səbəb valideynlərin bir qız uşağından sonra ikinci qız övladının doğulmasını istəməməsi və yaxud iki uşaqla kifayətlənməsi kimi faktlardır”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.