banner
banner

Sosİal

Deputat Dilqəmin evində

Deputat Dilqəmin evində

Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun ailəsində olub. ANS PRESS-in məlumatına görə, bu barədə deputat özü yazıb.

Millət vəkili onun oğlanları, həyat yoldaşı, bacıları və bir neçə digər qohumları ilə söhbət edib. "Dilqəmi çox mərd və vətənpərvər bir şəxs kimi təsvir etdilər, söylədikləri hadisələr onun məhz elə olduğunu sübut edirdi. Sadə bir zəhmət adamı olub, onun söhbətlərinin əsas mövzusu ancaq Vətən, Kəlbəcər həsrəti olub".

A.Mirzəzadə bildirib ki, Dilqəm Əsgərovun məsələsinin dövlətin diqqətindədir və hər bir azərbaycanlı onunla qürur duyur. Ailəsi xalqın Dilqəmin, Şahbazın və rəhmətlik Həsən Həsənovun məsələsi ilə yaxından maraqlandığından çox razı qaldıqlarını bildirdilər.

Dilqəm SSRİ Ali Sovetinin deputatı olmuş şəxsin nəvəsidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.