Ötən ay 20 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Cia.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, keçən ay 278 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb. Onlardan bəzilərinin nəticəsi qeyri-kafi olub.

"Bakterioloji məhsullardan götürülən 204 nümunədən mənfi nəticə əldə edilməyib. Şadlıq evlərindən 685 yaxma nümunəsi götürülüb ki, bunlardan da mikrobioloji çirklənmə aşkar olunmayıb", - deyə İmran Abdullayev bildirib.

Qeyd edək ki, müxtəlif qayda pozuntularına görə, gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 52 müəssisənin sahibini inzibati qaydada cərimə edib.