banner
banner

Gündəm

Abşeronun icra başçısı istintaqa çağırıldı

Abşeronun icra başçısı istintaqa çağırıldı

Zakir Fərəcov Saray bələdiyyəsinin sədrinin öldürülməsinə görə dindirilib; ona ölkədən çıxmaq qadağan edilib

Abşeronun icra başçısı Zakir Fərəcov Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətli ilə əlaqədar istintaqa çağırılıb. Bu haqda istiqlal.az məlumat yayıb. Sayt yazır ki, Zakir Fərəcov qətl işi ilə bağlı dindirildikdən sonra sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub. 

 
Yada salaq ki, Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başlayıb. Qatil Fədai Hüseynovu Z.Fərəcovla bağlayan bir çox tellərin varlığı da bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoymuş oldu. 
 
Bir neçə gün əvvəl cumhuriyyet.az saytı Əbilhəsənovların qətli ilə bağlı həbs olunan 35 yaşlı Fədai Hüseynovun məhkəməsində  ilginc faktlar açıqlandığını yazmışdı. Qeyd olunurdu ki, F.Hüseynovun indiyədək açıq qalan 3 cinayət işi olması ilə yanaşı onun V.Əbilhəsənovanın sürücüsü və tapşırıqlarını yerinə yetirən şəxs olduğu üzə çıxıb. Eyni zamanda bu dəhşətli qətldə torpaq satışı amilinin rol oynaması Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da adını dolayısı ilə bu işə bağlayan məqamlar ortaya çıxarır. 
 
Həmin yazıdan sitat: “Əvvəla, məlum olur ki, Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib, qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, ötən il mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxılıb. Z.Fərəcov bu hadisənin onun nüfuzuna və gələcək planlarına zərbə vuracağından narahat olaraq bacısı oğlunu həbsdən qurtarıb. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini davam etdirib və Abşeronda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir”.
 
 
Baş verən dəhşətli qətl işində Z.Fərəcovun adının çəkilməsinin bir səbəbi isə bu il aprelin 29-da moderator.az saytında dərc olunan “Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır” sərlövhəli yazıdır. Şikayətçi Fikrət Məmmədovun məktubu əsasında hazırlanan həmin yazıda Saray bələdiyyəsində baş verənlərdən bəhs olunur. Torpaq alverində icra başçısı Zakir Fərəcovun qohumu Elgiz Fərəcovun, onun dostu kimi qatil Fədai Hüseynovun, qardaşı Vüqar Hüseynovun və Vəsilə Əbilhəsənovanın adları hallanırdı. 
 
Belə görünür ki, Z.Fərəcovun barəsində kifayət qədər ifşaedici əsaslar olduğundan onu iş üzrə istintaqa dəvət ediblər. İcra başçısının ölkədən çıxışına qadağa qoyulması da diqqətdən kənar qalmamalıdır. İstintaq belə bir qərar veribsə, deməli, məsələ çox ciddidir. O qədər ciddidir ki, icra başçısı ölkədən gedə və geri dönməyə bilər. 
 
 
Göründüyü kimi, Z.Fərəcovun adının bu dəhşətli qətl işi ilə bağlı gündəmə gəlməsini şərtləndirən çox ciddi məqamlar var və yəqin ki, həm icra başçısı, həm də onun yaxın ətrafı çox ciddi suallara cavab verməli olacaqlar.  
 
Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb. F.Hüseynov haqda Abşeron Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
musavat
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.