banner
banner

Sosİal

İki nazirliyin “düyünə” saldığı problem

İki nazirliyin “düyünə” saldığı problem

Yol nişanları bəzən yolun hərəkət hissəsinin üstündə yox, gözəgörünməyən yerlərdə sanki qəsdən gizlədilir. Bu isə yol hərəkəti qaydalarının pozulmasına, yol-nəqliyyat hadisələrinin baş verməsinə, insan tələfatlarına gətirib çıxarır.

AzNews.az məsələni araşdırmağa çalışıb.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, yol nişanları yol hərəkəti iştirakçıları arasındakı anlaşılmazlığı, konfliktləri aradan qaldırmaq üçün olsa da, bəzən bu nişanlar görünməz yerlərdə quraşdırılır. Onun sözlərinə görə, yol nişanları həmişə qanuna uyğun, ideal şəkildə olmalı və yolun hərəkət istiqamətində yerləşdirilməlidir:
“Yol nişanları ilə bağlı problemlər qəzalara səbəb ola bilər. Yol polisinin hər bir əməkdaşı xidmət sahəsində gördüyü problemləri qeydə almalı, axşam həmin problemləri subardinasiya qaydasında rəhbərliyə ötürməlidir. Daha sonra bu tipli nişanların yığışdırılması ilə bağlı işlər görülməlidir. Bundan başqa şəhərin yaşıllaşdırma idarəsi var ki, onlara müraciət olunur və idarənin əməkdaşları yol nişanının qarşısını kəsən ağacın budaqlarını budayırlar. Beləcə problem həllini tapır”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yol kənarlardakı nişanların bəzən ağacların yarpaqları arasında itdiyini təsdiqlədi.

O, 105 belə nöqtədə araşdırma aparıldığını və nöqsanların aşkar olunduğunu söylədi.
V.Əsədov bu nöqsanların aradan qaldırılması üçün ağac budaqlarının kəsilməsi ilə əlaqədar aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departamentinə yazılı olaraq ünvanlar göstərilərək informasiya verilib:
“Doğurdan da bəzən ağac budaqları işıqforların, yol nişanlarının üstünü örtür, onun görünməsini məhdudlaşdırır. Dediyim kimi 105 belə nöqtədə ağacların yol nişanlarının üzərini örtdüyü aşkarlanıb. Hərəkətin təşkili şöbəsinin əməkdaşları və ya dislokasiya üzrə gündəlik xidmət aparan polis əməkdaşları ərazidə çatışmazlıqla bağlı raport verirlər. Həmin raport ümumiləşdirilir, aidiyyəti üzrə məsələ qaldırılır və məlumat verilir. Çox güman ki, qısa müddətdə nöqsanlar aradan qaldırıla bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.