Tərtər rayonu, Qapanlı kəndində təmas xətti boyun növbəti dəfə yanğın baş verib. Cia.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, təmas xətti boyu 14 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı taxıl zəmiləri və tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, iki gün əvvəl Ağdam rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan kəndləri ilə təmas xəttində güclü yanğın baş vermiş, yanğını erməni hərbçilərinin törətdiyi bildirilmişdi.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.