Azərbaycanın yol polisi qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən intizamsız sürücülərlə mübarizənin daha effektli olması üçün onların törətdikləri əməllərinin ictimailəşdiriləcəyi barədə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında deyib ki, son vaxtlar qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücülərə tez-tez rast gəlinir: "Görünür, bəzi intzamsız sürücülər elə düşünürlər ki, yol polisi əməkdaşlarının diqqəti yalnız ölkəmizdə keçirilən ilk Avropa Oyunları ərəfəsində nəqliyyatın hərəkətinin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Lakin bu cür fikirləşənlər yanılırlar. Çünki tədbirlə əlaqədar yoldakı əməkdaşın qaydaları pozmuş sürücünü cəzalandırması bəzi vaxtlarda mümkün olmasa da, müşahidə kameralarının qeydə aldığı görüntülərə monitorlar vasitəsi ilə nəzarət edən əməkdaşlar bunu nəzərdən qaçırmırlar və təkcə bu ilin əvvəlindən 8900-dək, iyunun 1-dən bu günədək isə 600 sürücü qarşı hərəkət zolağına çıxdığına görə məsuliyyətə cəlb edilib".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri intizamlı olmağa, xəta törətməklə digər hərəkət iştirakçılarına təhlükə yaratmamağa, eləcə də şəhərimizdə coxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırıb: "Belə çağırışlara məhəl qoymayan, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücülərə qarşı qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək və həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.