“Deyirəm işə düşmüşük, Vallah. İdmandan xəbəri olmayan, idman üçün, idmançı üçün bir iş görməyən adamcıqlar, bu gün idmançını müzakirəyə çıxarıb, onu tənqid, hətta təhqir edirlər”.
Cia.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev öz facebook hesabında erməniyə uduzun idmançı Həsən Əliyev haqqında yazıb. “İdmançıya onun məşqçisindən başqa heç kimin ixtiyarı yoxdur ki, güldən ağır söz desin. Əvvəla, onu deyim ki, bu çür mötəbər yarışlara elə-belə sıradan bir idmançıları buraxmırlar, nə biz tərəfdən, nə də rəqiblər tərəfindən. Yarışlarda isə bir çəki dərəcəsində, bir qızı medal olur ki, onun da üstündə güclü mübarizə aparılır. Ölkəsindən və millətindən aslı olmayaraq, daha hazırlıq və bəxti gətirən idmançı qalib çıxa bilər. Hamıya məlumdur ki, iki idmançıdan biri qalib olmalıdır. Bu dəfə idmançımızın bəxti gətirmədi, nə etmək olar, bu idmandır. İndi durub hamımız düşək bu idmançının üstünə ki, sən uduzmusan..? Əgər, biz bu cür, kampaniyaya dəstək versək, başqa idmançılarımızı da ruhdan salarıq. Qabaqda isə bizi çox maraqlı yarışlar gözləyir, o yarışlarda da başqa millətlərin nümayəndləri iştirak edəcək. Dostlar, gəlin birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək olaq. Allah millətimizə kömək olsun”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.