banner
banner

Sosİal

“Fatimeyi-Zəhra” məscidi ləğv edildi

“Fatimeyi-Zəhra” məscidi ləğv edildi

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Bu barədə Oxu.Az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədləri təqdim etməməsi, eləcə də mövcud vəziyyəti və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” məscidi dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edərək “Fatimeyi-Zəhra” məscidi dindarlarının dini icmasının ləğv edilməsinə dair qətnamə qəbul etmişdi.

Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlamışdı. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.

13 noybar 2014-cü ildə kassasiya şikayətinə baxan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.