banner
banner

Sosİal

Çaylarımızın səviyyəsində azalmalar başlayıb

Çaylarımızın səviyyəsində azalmalar başlayıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir. Bu barədə redaksiyamıza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
 
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyunun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 320 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 252 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 47 faizinə bərabər olub.
 
Həmin gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 10 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2014-cü il iyunun 16-da 336 sm), Şirvanda 133 sm (2014-cü il iyunun 16-da 193 sm), Salyanda 70 sm (2014-cü il iyunun 16-da 115 sm), Bankədə 179 sm (2014-cü il iyunun 16-da 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 sm (2014-cü il iyunun 16-da 55 sm) təşkil edir.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.