banner
banner

Sosİal

Əflatun Amaşovdan təbrik

Əflatun Amaşovdan təbrik

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat” qəzetinin 25 illik yubileyi münasibətilə qəzetin redaksiyasına təbrik məktubu yollayıb. Məktubda deyilir:

“Mətbuat Azərbaycanda sivil cəmiyyət quruculuğunda hər zaman öndə olan müstəsna ictimai institut kimi özünü təsdiqləmiş, xalqın istək və arzularının ifadəçisi qismində çıxış etmişdir. Bu missiyanı üzərinə götürmüş kütləvi informasiya vasitələri insanlara həqiqətləri çatdırmaqla yekun nəticə etibarilə demokratik dəyərlərin qərarlaşmasına mühüm töhfələr vermişlər. 25 il öncə fəaliyyətə başlamış “Yeni Müsavat” qəzeti də belə kütləvi informasiya vasitələrindəndir.

“Yeni Müsavat”ın və eləcə də onunla eyni vaxtda nəşr olunmuş digər mətbu vasitələrin məqsədi doğma Vətənimizi müstəqil görməyə köklənmişdi. Onlar bu amal uğurundakı mücadiləni öz səhifələrinə daşımaqla şərəfli missiya yerinə yetirdilər. Ötən müddəti xarakterizə edərkən bütün bunları və eyni zamanda “Yeni Müsavat” qəzetinin prinsiplərinə sadiqliyini, hadisə və proseslərə yanaşmadakı özünəməxsus dəst-xəttini vurğulamaq lazımdır. Məhz belə məxsusi keyfiyyətləri nəşri cəmiyyətə yaxından tanıtdırıb.

25 illik fəaliyyət yoluna malik “Yeni Müsavat” üçün gərgin yaradıcılıq axtarışları, qayğılar və bir sıra məziyyətlər də xasdır. Sadaladıqlarım mətbu orqanın özünü fərqli baxışların səsləndiyi tribuna kimi təsdiqləməsində həlledici rol oynayıb. Hesab edirəm ki, qəzetin uğurunu şərtləndirən başlıca amil də budur. Nəşrin 25 illiyinə ən böyük hədiyyə onun geniş və rəngarəng oxucu auditoriyasıdır.

“Yeni Müsavat”ın kollektivinə 25 yaşı ilə bağlı xoş duyğularımı çatdırarkən qəzetin peşəkar media vasitəsi olaraq rəhbər tutduğu prinsip və dəyərlərə bundan sonra da sadiq qalacağına əminəm. Arzu edirəm ki, nəşr daha böyük yubileylərinə qovuşsun, uğurları bol olsun.

Xoş gününüz mübarək, əziz həmkarlar!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.