banner
banner

Gündəm

Bakıdan qayıdan ermənilər belə qarşılandı - FOTOLAR

Bakıdan qayıdan ermənilər belə qarşılandı -
Bu gün İrəvanda Bakıda keçirilən Avropa oyunlarından geri qayıdan erməni güləşçilərin şərəfinə ziyafət verilib. 
 
Ziyafəti Ermənistan Milli Olimpiya Komitəsinin başçısı Qaqik Sarukyan özünə məxsus “Faraon” kompleksində təşkil edib. 
 
Qaqik Sarukyan Avropa oyunlarında erməni güləşçilərin iştirakını, xüsusilə də onlardan birinin gümüş medal almasını böyük qiymətləndirib. 
 
“Bizim uşaqlar qəhrəmandır. Məndən ötrü bu medal böyük qələbədir. Bakıya getməyin özü əsil kişilikdir. Mən şadam ki, bizim uşaqlar iştirak etməklə yanaşı həm də Bakıda Ermənistanın bayrağını qaldırdılar”,- deyə Qaqik Sarukyan vurğulayıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.