banner
banner

Sosİal

DİN qadın işçi axtarır

DİN qadın işçi axtarır
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İnformasiya Kommunikasiya İdarəsində 30 vakant  operator vəzifələrinə  xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
 
Müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, dövlət dilini sərbəst bilən, boyu 160 santimetrdən aşağı olmayan, yaşı 20 ilə 30 arasında və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, əvvəllər məhkum olunmamış Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər. 
 
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən namizədlərə üstünlük veriləcəkdir.
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-ci ilin iyul ayının 15-dək iş günləri saat 10-dan 17-dək Baş İnformasiya Kommunikasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
 
- şəxsiyyət vəsiqəsi;  
 
- təhsil haqqında sənədin əsli;
 
- ixtisas təcrübəsini təsdiq edən müvafiq diplom və sertifikatlar;
 
- əmək kitabçası (olanlar üçün). 
 
Əlavə məlumat almaq istəyənlər (012) 590-93-23 nömrəli telefonla Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi ilə əlaqə saxlaya bilərlər.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.