Bir neçə ay əvvəl “Facebook”da mərhum prezient Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın səhifəsi yaradılıb. Səhifəyə qoyulmuş bir neçə foto tezliklə çox geniş populyarlıq qazanıb.
Amma Cia.az-ın məlumatına görə, “haqqin.az” saytı Sevil Əliyevanın özünə müraciət edərək müəyyən edib ki, bu səhifə onun tərəfiindən idarə edilmir.
“Təəssüf ki, bu səhifəni mən yaratmamışam. Amma öz həmvətənlərimin, dostlarımın və tanışlarımın, tanış olmadığım adamların rəylərini və arzularını oxumaq mənim üçün çox xoş idi. Buna görə də qərara aldım ki, “İnstagram”da öz səhifəmi açım”,- deyə Sevil Əliyeva bildirib.
Onun sözlərinə görə, bu, onun üçün özünü ifadə və yaradıcılıq formalarından biri ola bilər. “Əlbəttə, prezidentin bacısı kimi mən öz məsuliyyətmi anlayıram, öz ifadələrimdə nəyi məhdudlaşdırmağın lazım olduğunu və “özünüifadə”nin nə olduğunu başa düşürəm. Amma istənilən halda, mən öz həmvətənlərimlə, dostlarımla və yaxınlarımla əlaqə saxlamaq istəyirəm. İnternet yalnız kommunikasiyanın deyil, həm də insan bağlarının tamamilə unikal və keyfiyyətcə yeni formasıdır. Bu, bütün dünyanın və eyni zamanda bizim daxili dünyamızın əksidir. Bilirsiz, mən çox diqqətli adamam, heç zaman insanların müraciətlərinə və salamına laqeyd qala bilmərəm. Amma mənim üçün insanların bu qədər çox sayda müracəitlərinə cavab vermək çox çətindir. Özü də “Facebook” səhifəmi mən idarə etmirəm”,- deyə Sevil xanım bildirib.
Sevil Əliyeva öz “İnstagram” səhifəsi barədə bildirib: “Bu böyük dünyada mənim keçmişim və bu günüm əks olunacaq. Və əlbəttə, yaradıcılığım yer alacaq. Artıq səhifəmdə bir neçə fotoşəkil var. Orada mənim valideynlərim, qızım və mən təsvir olunmuşam”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.