banner
banner

Gündəm

Bakı 2015-də yeni online servis

Bakı 2015-də yeni online servis

Regional elektron xəritə və naviqator “GoMap elektron xəritə” xidməti" "Bakı 2015" birinci Avropa Oyunları üçün yeni servislər təqdim edib.

Cia.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "GoMap.Az"da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilib və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.

Nazirlikdən bildirilib ki, yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradır. Həmçinin, Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. 

İnternet bağlantısı olarsa, həm də yollardakı trafik vəziyyətini də izləmək olar. Həmçinin daha geniş funksionallı, Azərbaycan, Gürcüstan və Türkiyənin xəritəsi ilə işləyən "YollarPro" offlayn naviqator proqramı da "GoMap.Az" xəritəsinin əsasında yaradılıb. Yeni servislərdən biri də Bakı şəhərində trafik haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir "GoMap.Az" istifadəçisi Azərbaycanın yollarında olan trafik vəziyyəti ilə tanış ola bilər.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.