Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə, qohumlarına və yaxınlarına başsağlığı məktubu göndərib. Bu barədə Trend-ə Fonddan məlumat verilib.
Mehriban Əliyeva qardaş Türkiyənin görkəmli siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Süleyman Dəmirəlin bütün həyat yolunun, qardaş Türkiyə Respublikasının firavanlığı naminə yüksək dövlət fəaliyyətinin ona dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırdığını bildirib və bu böyük insanın vəfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığını qeyd edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qeyd edib: “Azərbaycan və Türkiyə xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Süleyman Dəmirəlin şəxsi töhfəsi əvəzsizdir. Qardaş ölkələrimizin yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası bir-birini dost və qardaş hesab edən Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuşdur. Təsadüfi deyil ki, Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Süleyman Dəmirəl Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilmişdir. Xalqlarımızın iki dahi oğlunun - Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizə örnək olaraq xatirimizdə həmişəlik qalacaqdır.
Əminik ki, bu böyük insan, yüksək nüfuz sahibi, bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş müdrik və uzaqgörən siyasətçi öz vətənində olduğu kimi, Azərbaycanda da heç zaman unudulmayacaq”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.