banner
banner

Şou

Serial üçün 9 kiloqram arıqladılar

Serial üçün 9 kiloqram arıqladılar

Türkiyəli aktyorlar Ərkan Pətəkkaya və Nurgül Yeşilçay yeni çəkilən "Paramparça" serialı üçün 9 kiloqram arıqlayıb.

Axşam.az-ın məlumatına görə, "Hürriyət"ə müsahibə verən aktyorlar ilk dəfə eyni layihədə bir araya gəldiklərin bildiriblər.

Nurgül tərəf müqabili haqqında bunları deyib:

"Ərkanla eyni məktəbin məzunuyuq. Amma heç vaxt tanış olmamışdıq. Yaxşı insandır. Çəkiliş meydançasında onunla çox rahat oluram. Serial üçün 9 kiloqram arıqladım. Dietoloqun məsləhəti ilə fərqli qidalar yeyirəm, çoxlu gəzirəm".

Aktrisa sevgidən də bəhs edib:

"Mən uzun müddət davam edən sevgilərə üstünlük verirəm. İmkansız eşqlərin arxasınca qaçacaq vaxtım yoxdur. Bir münasibətdə edilən heç bir şey fədakarlıq deyil. Eşq iki insanın bir-birinə xoşbəxtlik verməsidir. Xoşbəxt olmayıb, amma sevməyin də tərəfdarı deyiləm".

Ərkan Pətəkkaya isə 11 illik evliliyindən danışıb:

"Evləndiyim insana qarşı eşqdən də yüksək hisslər bəsləmişəm. İndi sevgi, bağlılıq, hörmət yaşayırıq. 11 illik ailə həyatımızda hər gün bir az bağlandıq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.