banner
banner

Dünya

Nazir yerin 560 metr altında iftar etdi - FOTO

Nazir yerin 560 metr altında iftar etdi -

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ramazanın ilk günü ənənəvi olaraq orucunu 560 metr dərinlikdə olan kömür şaxtasında açıb. Cia.az-ın məlumatına görə, bu məqsədlə Zonquldak vilayəti Kozlu kömür şaxtasına gedən Yıldız artıq 7-ci ildir orucu şaxtaçılarla bərabər açdığnı, bunun bir ramazan ənənəsi halına gəldiyini deyib. Jurnalistlərə açıqlama verən nazir şaxtaçıların qazanclarının özünün qazancından daha halal olduğunu deyib. Əvvəlki illərdə mədənlərdə baş vermiş qəzalardan danışan Taner Yıldız artıq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, bir daha bu cür hadisələrin baş verməyəcəyinə ümid etdiyini deyib. Nazir sonda şaxtaçı geyimi ilə Qara dənizin altında olan 560 metr dərinlikdəki şaxtaya enərək burda fəhlələrlə birlikdə iftar edib. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.