Valideynləri görünüşünə görə körpədən imtina etdilər – fotolar
Hindistanda iki həftəlik körpə nadir xəstəliklə dünyaya gəldiyi üçün valideynləri tərəfindən tərk edilib. Hamiləlik əsnasında və ya genetik səbəblərdən meydana gələn bu xəstəliyin daşıyıcıları qırışıq dəriyə sahib olurlar. Ana Mamata Dode və ata Acay Dode yeni doğulan övladlarını bu səbəbdən istəməyiblər. Körpənin babası Dilip Dode isə qızı və kürəkənindən fərqli olaraq, uşağı himayəsinə götürüb. Xəstəxana tərəfindən körpəyə təmənnasız müalicə kursu da tətbiq edilir.
Dilip açıqlamasında bildirib ki, qızı hamiləliyi ərzində dəfələrlə həkim müayinəsində olub. Ancaq ona uşağın xəstəliyi ilə bağlı hər hansı məlumat verilməyib. O, qonşuların yeni doğulan körpənin görünüşündən qorxduqlarını deyib:
“Bu xəbər bütün qonşular və qohumlar arasında yayıldı. Onu görməyə gələnlərin ardı-arası kəsilmirdi. Görənlər də qorxu içində evi tərk edirdilər. Heç kim uşağa əlini vurmaq istəmir”.
Uşağın babası valideynləri onu qəbul etməsələr də, körpəni özünün böyüdəcəyini söyləyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.