banner
banner

Sağlamlıq

Diyetlərin uzun müddət davam etdirilməsi mümkünsüzdür- 20 illik araşdırmanın nəticələri…

Diyetlərin uzun müddət davam etdirilməsi mümkünsüzdür-

Amerikada 20 ildir aparılan bir araşdırma nəticələrinə görə, arıqlama məqsədli diyetlərin uzun müddət davam etdirilməsi mümkünsüzdür, hətta bu, çox zaman artıq çəki qazanılmasına da yol açır.

Özünü “qidalanma psixoloqu” olaraq təqdim edən Minnesota Universitetinin professorlarından Traci Mann məlum olan bütün diyetləri tətbiq edənlər üzərində aparılan psixoloji və fizioloji testlərdən sonra uzun müddət diyet saxlamağın imkansız olduğu qənaətinə gəlindiyini bildirib. Mannın sözlərinə görə,  arıqlama diyeti saxlayanlar artıq yağları ilə başladıqları müharibəni gec-tez uduzurlar, çünki genlərimiz və ya beynimiz qidalara qarşı gəlmək üçün kodlaşdırılmayıb. Mann artıq çəki ilə müharibəni uduzmağımıza səbəb olan 3 faktoru belə sıralayıb:

Nevroloji dəyişikliklər: Diyet saxlayan zaman ətrafımızdakı qidalara, xüsusilə də ləzzətli olanlara qarşı daha da həssas oluruq. Bu da yemə istəyini dayanılmaz hala gətirir.

Hormonal dəyişikliklər: Çəki itirən zaman hormon səviyyəsi də dəyişir. Beynə doyma hissi verən hormonlar azalır. Beləliklə də aclıq hissi artır.

Metabolik dəyişikliklər: Diyet əsnasında metabolizm yavaşlayır. Bədən kaloriləri daha məhsuldar istifadə etməyə başlayır, amma aclığa qarşı da yağ ehtiyatı toplayır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.