Rihanna ilə anası xeyriyyə fondunun - video-çarxında
Barbadoslu müğənni Rihanna özünün “Clara Lionel Foundation” xeyriyyə təşkilatının video-çarxına çəkilib.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, videoda müğənninin anası da yer alıb. Orada xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım edən fondun tibb, təhsil və mədəniyyət sahəsində gördüyü işlərdən bəhs olunub.
Qeyd edək ki, layihənin müəllifləri Rihannanın nənə və babası Klara ilə Layneldir. İfaçının nənəsi məhz xərçəng xəstəliyindən dünyasını dəyişib. Sözügedən fond da 2012-ci ildə yaradılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.