Türkiyəli aktrisa, yazıçı-jurnalist İclal Aydının “O hayat benim” serialının çəkilişləri zamanı tanış olduğu efir rejissoru Efe Kubilayla nikahı həyat yoldaşının işini itirməsinə səbəb olub.
Cia.az-ın məlumatına görə, bu haqda “Hürriyət”in köşə yazarı Cengiz Sümercioğlu məqalə hazırlayıb. Belə ki, Efe serialdakı işi ilə vidalaşmalı olub. Buna isə aralarındakı şəxsi münasibət üzündən rejissorun İclala daha çox diqqət ayırması və onun yer aldığı səhnələri xüsusi həssaslıqla, uzun-uzadı çəkməsi səbəb olub.
Digər aktyor və aktrisalar buna görə rejissordan prodüserə şikayət ediblər. Prodüser şirkəti isə yeni mövsümdən Efe Kubilayla çalışmaq istəmədiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.