banner
banner

Sosİal

Bakıda dilənçiliyə iş elanı - VİDEO

Bakıda dilənçiliyə iş elanı -

Dilənçilər yay mövsümünü açıq elan ediblər. Onlar da özlərinə həmkar axtarırlar. Amma şərtləri çox qəribədir. "Şəbəkə"də nümayiş edilən bu elanı oxuyanda adama elə gəlir ki, hansısa nazirliyə işçi axtarılır. Pul dilənmək üçün sən demə indi ingilis dili tələb olunurmuş. Dili mükəmməl öyrən və get dilənçiliyə CV ver. 

“Sən o gözəl qızın canı mənə bir nəzir ver” deyərək kişilərə qənim kəsilən dilənçilər artıq sosial şəbəkələrdədir. Onlar burda da dilənməklə məşğuldur. Amma diləndikləri pul deyil, həmkardır. Sosial mediada yayılan yeni dilənçi elanı görənləri təəccübləndirir. 

Elanda yazılıb ki, dilənçi tələb olunur. Amma bunun üçün müəyyən kriteriyalar var. "Rus və ingilis dillərində sərbəst danışmaq, riyazi bilik, şəhəri yaxşı tanımaq, ağlamağı və qaçmağı bacarmaq. 25-45 yaş arası şəxslər müraciət edə bilər. Gündəlik gəliri 30 manatdır. Səsi olan və mahnı oxuya bilənlərə isə xüsusi güzəştlər nəzərdə tutulur".

Bu elanın nə qədər doğru olduğunu bilmirik, amma görünən odur ki, dilənçilər birliyi özlərinə ağlayaraq ürəkləri parçalaya bilən, polis görəndə isə dabanına tüpürüb ildırım sürətiylə qaça bilən həmkar axtarırlar. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.