banner
banner

Dünya

Dünya saatına bir saniyə əlavə olunacaq

Dünya saatına bir saniyə əlavə olunacaq
Yer kürəsinin Günəş ətrafında dönüş sürətinin yavaşladığını müəyyən edən astronomların tövsiyəsi ilə iyunun 30-da "Dünya saatına” 1 saniyə əlavə olunacaq.
Cia.az Türkiyə mediasına istinadən bildirir ki, dünyanın yavaşlamasına uyğunlaşmaq üçün bu addımı atmaq zəruridir. İyunun 30-dan iyulun 1-nə keçən gecə saatlar 23:59:59-da iki dəfə "zəng çalacaq”. Beləcə, dünya saatına 1 saniyə əlavə edilərək, Yer kürəsinin yavaşlamasının yol açdığı gün və mövsüm sürüşməsindən doğan "müddət açığı” bağlanmış olacaq.
 
Ancaq 1 saniyəlik əlavə informasiya-kommunikasiya mütəxəssislərini düşündürür. Mütəxəssislərə görə, əlavə 1 saniyə, bir çox texnoloji sistemin texniki problemlər yaşamağına, hətta çökməsinə səbəb ola bilər. Çünki saatlar 23:59:59-da bir saniyə yerinə iki saniyə vuranda çox sayda kompüter sistemi bunu bir qəza olaraq qəbul edib dayana bilər.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.