Dünən Günəş Şimal yarımkürəsində ən pik həddinə çatıb. Bununla da iyunun 21-də planetin Şimal yarımkürəsində, o cümlədən də Azərbaycanda yay fəsli başlayıb.
Məhz bu səbəbdən yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə yaşanıb.
Cənub yarımkürəsində isə dünən, əksinə, ən qısa gündüz, ən uzun gecə yaşanıb.
Bu gündən, iyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq.
Bu proses 21 dekabr tarixinədək davam edəcək.
Qeyd edək ki, ildə bir dəfə yaz gecə-gündüz bərabərliyi (22 mart), bir dəfə isə payız gecə-gündüz bərabərliyi (22 sentyabr) baş verir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.