banner
banner

Dünya

Daun sindromlu qızın bəysiz toyu baş tutdu - VİDEO

Daun sindromlu qızın bəysiz toyu baş tutdu -
Türkiyədə yaşayan daun sindromlu Duyqu Kakızın xəyalını qurduğu toy baş tutub. 2 ilə yaxındır ailə qurmağı arzu edən gənc qız sonunda öz istəyinə çatıb. Hər zaman evlərindəki tül pərdələri kəsərək,  özünə gəlinlik donu geyməyi arzu edən qız bunu bacarıb.
 
Böyrək xəstəsi olduğunu öyrənən anası Seniha Pıravadılı yardım fondundan  kömək istəyib. Fond sponsor firmaların köməkliyi ilə qızın toyunu edib. Toy salonuna gəlinlik geyərək gələn gənc qız,  əsgərlikdə olduğu deyilən xəyali sevgilisi ilə nikah masasına əyləşib.
 
Bəy, toy şahidləri olmadan nikah stolunda əyləşən qız xəyali olaraq ona verilən suala “hə” cavabını verib. Bu isə anasının və qohumlarının  kədərlənməsinə səbəb olub. Bundan sonra bəy yanında varmış kimi rəqs edən qız , daha sonra, o varmış kimi tort kəsib.
 
Seda Sayan fanatı olan qız onun şəklini çəkənlərə Seda Sayan kimi pozlar da verməyi unutmayıb. Toya qızın qohumları və fond işçiləri qatılıb.
 

 


Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.