banner
banner

Gündəm

Qız qaçırma xəbəri yayılan prodüsser: “Mənə dedilər xanıma kömək lazımdır"

Qız qaçırma xəbəri yayılan prodüsser:

“Nə qız qaçırtması? Ölkə dərəbəylikdir məgər? Elə bir şey olmayıb, ümumiyyətlə mənim heç kimə borcum yoxdur” Bu barədə müğənni Niyam Səlaminin prodüsseri Eldəniz İsrailov açıqlamasında bildirib. Onun sözlərinə görə, bunlar sadəcə kimlərinsə uydurmasıdır.

Prodüsser onu da vurğulayıb ki, bir müddət əvvəl Fəridə Əliyeva adlı müğənni ilə tanış olub. Müğənni ondan mahnı almağa köməklik etməyi xahiş edib.

“Fəridə Əliyeva ilə bizim ortaq dostumuz var, onun vasitəsilə tanış olmuşuq. Mənə dedilər ki, həmin xanıma kömək lazımdır, mahnı almaq istəyir. Hansısa bəstəkarla danışmışdılar ki, 4 min manata mahnı alsınlar. Dedim ki, o qədər pula mahnı almaqdansa, 1500 manata mahnı al, 1500 manata da onu aranjeman etdir”.

Prodüsser vasitəsilə mahnı alan müğənni sonradan ondan xoşu gəlməyib: “Onun üçün İsmayıl Əliyevdən mahnı aldıq və aranjeman etdirdik. Hər şey qaydasında idi. Sonradan Nərmin adlı xanımla danışıblar və fikirlərini dəyişib. Nərmin mənə dedi ki, biz bu mahnını istəmirik, onun arenjemanından xoşumuz gəlmir. Dedim xoşuna gəlmir gəl dəyişdirək. Razılaşdıq və problem həll olundu. Hazırda mənim heç kimlə problemim yoxdur”.

Qeyd edək ki, Niyam Səlaminin prodüsseri Eldəniz İsrailov barədə polisə şikayət verildiyi barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, prodüsser borcunu qaytarmamaqda və qız qaçırmaqda günahlandırılır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.